Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

PLMO 2024 konfransının materialları “IEEE Xplore” elektron kitabxanasına daxil edilib
21.02.2025 18:20
  • A-
  • A
  • A+

PLMO 2024 konfransının materialları “IEEE Xplore” elektron kitabxanasına daxil edilib

15-17 may 2024-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) keçirilən “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə 3-cü beynəlxalq konfransının (PLMO 2024) materiallarının birinci cildi “IEEE Xplore” elektron kitabxanasına daxil edilib.

Geniş coğrafi arealı əhatə edən konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, həmçinin 14 xarici ölkənin, o cümlədən Polşa, Bolqarıstan, ABŞ, Macarıstan, Hindistan, Sloveniya, Makedoniya, Türkiyə, Ukrayna, Belarus, Çin, Serbiya, Gürcüstan və Özbəkistanın alim və tədqiqatçıları iştirak ediblər. Beynəlxalq konfransa ümumilikdə 154 məruzə təqdim edilmiş, onlardan 89-u qəbul edilmişdir. Birinci cilddə yer alan 39 məqalə yüksək rəy toplayaraq “IEEE Xplore” elektron kitabxanasına daxil edilib. İkinci cilddə yer alacaq digər 50 məqalə isə konfransın rəsmi veb saytında (plmo.cyber.az/2024/) yerləşdiriləcək.

Konfrans İdarəetmə Sistemləri İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti və Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun (IEEE) təşkilatçılığı, AR Elm və Təhsil Nazirliyinin, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Çinin Guangzhou Universitetinin, İnformasiya Texnologiyaları İnstitutunun və Şamaxı Astrofizika Rəsədxanasının dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfrans (PLMO 2025) 13-15 may 2025-ci il tarixlərində Bakı şəhərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: