Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim Türkiyədə keçirilən beynəlxalq konfransda məruzə edib
24.02.2025 13:30
  • A-
  • A
  • A+

Şərqşünas alim Türkiyədə keçirilən beynəlxalq konfransda məruzə edib

AMEA-nın Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov 21-23 fevral tarixlərində Türkiyədə keçirilən II Beynəlxalq Elmi Araşdırmalar və İnnovasiyalar Konfransında  məruzə ilə çıxış edib.

Dilçi alimin “Ərəb və ibri dillərinin tarixi inkişaf yolu” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzədə ərəb və ibri dillərinin tarixi inkişaf yolundan bəhs edilib, müqayisəli təhlillər və elmi nəticələr konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, İzmirdə keçirilən bu elmi platformaya dünyanın 20-dən çox ölkəsindən dəyərli elm adamları, tədqiqatçılar qatılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: