Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dendrologiya İnstitutu əməkdaşının kitabı 52-ci Dünya Kitab Sərgisi kataloqunun siyahısına daxil edilib
24.02.2025 16:35
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu əməkdaşının kitabı 52-ci Dünya Kitab Sərgisi kataloqunun siyahısına daxil edilib

ETN Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının böyük elmi işçisi İsmayılova Vüsalənin “Biologiyanın tədrisi prosesində təhsil-tərbiyə məsələlərinə kompleks yanaşma” adlı kitabı 52-ci Dünya Kitab Sərgisi The New Delhi World Book Fair kataloqunun siyahısına daxil edilib.

2025-ci il 1-9 fevral tarixlərində Hindistanın Yeni Dehli şəhərində yerləşən IECC Bharat Mandapam kompleksində 52-ci Dünya Kitab Sərgisi (The New Delhi World Book Fair) keçirilib. Bu sərgi 1972-ci ildən keçirilir və hər il 40 ölkədən 100-dən çox nəşriyyatı bir araya gətirən ən böyük tədbirlərdən biridir.

Kitabda təhsil prosesində biоlоgiya еlminin inkişafında хidmətləri оlan Azərbaycan və dünya alimlərinin həyatı, еlmi fəaliyyəti, biologiyanın müasir tədrisi metodları, həmçinin ali və ümumtəhsil məktəblərində biologiya dərslərinin daxili məzmunundan irəli gələn mühüm təlim-təhsil məsələləri haqqında məlumat verilir.

“Biologiyanın tədrisi prosesində təhsil-tərbiyə məsələlərinə kompleks yanaşma” adlı bu dərs vəsaitindən ali və orta təhsil müəssisələrinin biologiya müəllimləri, magistr, bakalavr təhsil pilləsinin tələbələri, elmi tətqiqatçılar üçün nəzərdə tutulub. Həmçinin ali təhsil ocaqlarında və orta ümumtəhsil məktəbin digər ixtisas müəllimləri üçün istiqamətləndirici vəsait kimi mühüm tədqiqat sahəsi kimi əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: