Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qəzənfər Paşayev - 85” kitabı nəşr olunub
25.02.2025 14:05
  • A-
  • A
  • A+

“Qəzənfər Paşayev - 85” kitabı nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sonaxanım Hadiyevanın (Sona Xəyal) müəllifi olduğu “Qəzənfər Paşayev - 85” kitabı işıq üzü görüb.

 “Müasirlərim” seriyasından olan bu kitabda görkəmli tədqiqatçı, folklorşünas alim, pedaqoq fil.e.d., professor Qəzənfər Paşayevin həyat və yaradıcılığı qismən işıqlandırılmışdır. Burada tədqiqatçının bəzi kitablarından söz açılmış və haqqında yazılmış məqalələrdən istifadə olunmuşdur.

Qeyd edək ki, yeni nəşrin redaktoru və “Ön söz”ün müəllifi fil.ü.f.d., dosent Əli Məmmədbağıroğlu, rəyçiləri fil.e.d., dosent Aygül Hacıyeva, mərhum alimimiz fil.e.d., dosent Nəzakət Məmmədli və fil.ü.f.d., dosent Lamiyə Süleymanovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: