Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Sadıq Qarayevin yeni monoqrafiyası işıq üzü görüb
26.02.2025 20:13
  • A-
  • A
  • A+

Sadıq Qarayevin yeni monoqrafiyası işıq üzü görüb

AR ETN  Botanika  İnstitutunun Geobotanika şöbəsinin aparıcı elmi işçisi b.ü.f.d., dosent Sadıq Qarayevin “Palıd (QUERCUS L.): introduksiyası və iqlimləşdirilməsi” adlı yeni monoqrafiyası işıq üzü görüb.

Monoqrafiya AR ETN Botanika İnstitutunun Elmi şurasının qərarı ilə nəşrə tövsiyə edilib.

Kitabın elmi redaktoru b.e.d., professor A.Bayramova, rəyçiləri b.e.d., professor E.İsgəndərzadə, b.e.d., dosent N.Mehdiyevadır.

Monoqrafiya dünya və Azərbaycan florasına aid 12 növ palıdın ( Quercus L.) sistematikası, botaniki-coğrafi xüsusiyyətləri, morfogenezi, kök sistemi, böyümə və inkişaf dinamikası, fenologiyası, çiçəkləmə və meyvəverməsi, çoxaldılması, xəstəlik, zərərvericilər və onlara qarşı mübarizə üsullarının tədqiqinə, əldə edilən nəticələri təhlil etməklə introduksiyasının elmi əsaslarının öyrənilməsinə, Abşeronun quru subtropik iqlim şəraitində yaşıllaşdırmada istifadəsi perspektivli olan növlərin seçilməsinə və becərilmə qaydalarının müəyyənləşdirilməsinə həsr edilib.

Kitab botaniklər, ekoloqlar, biologiya və aqrar elmləri ixtisasları üzrə tələbə, magistr, doktorant, müəllim və elmi tədqiqatçılar, yaşıllaşdırma işiylə məşğul olanlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, S.Qarayev yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi əsərin, “Orbitlər və universal mövcudluq” nəzəriyyələrinin, “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı iri həcmli elmi, fəlsəfi, tarixi romanların, “Sarvansız zamanlar” və “Azərbaycançılıq məfkurəsi” adlı hekayə və esselərdən ibarət kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvüdür, Prezident təqaüdçüsü, “Qızıl kəlmə” mükafatçısıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: