Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Vaqif Fərzəliyev nüfuzlu jurnalın beynəlxalq rəyçi sertifikatına layiq görülüb
05.03.2025 16:28
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyev nüfuzlu jurnalın beynəlxalq rəyçi sertifikatına layiq görülüb

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev dünyaca məşhur “Elsevier” nəşriyyatının aparıcı jurnalı olan “Archives of Biochemistry and Biophysics” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

V.Fərzəliyev 2025-ci ildə jurnaldan göndərilən əlyazmaya rəy verməklə sözügüdən jurnalın beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.

“Archives of Biochemistry and Biophysics” jurnalı biokimya və biofizikanın inkişaf etməkdə olan sahələrində keyfiyyətli orijinal məqalələr və rəylər dərc edir. Jurnalın diqqəti mexanizmi əhəmiyyətli dərəcədə inkişaf etdirən tədqiqatlara yönəlib.

Journal Citation Reports-a əsasən, Q1 kateqoriyalı jurnalın impakt faktoru 3.391-ə bərabərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: