Əziz xanımlar!
Tarix boyu müdrikliyi, cəsarəti və fədakarlığı ilə seçilən Azərbaycan qadını bu gün də ailədə ana, həyat yoldaşı, cəmiyyətdə isə lider, elm xadimi, həkim, müəllim kimi nümunəvi fəaliyyət göstərir.
Azərbaycan qadınının cəmiyyətdəki roluna daim yüksək dəyər vermiş Ümummilli Lider Heydər Əliyev qadın hüquqlarının qorunması və sosial həyatdakı iştirakının artırılması məqsədilə mühüm islahatlar həyata keçirmişdir. Bu gün də həmin siyasət ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan qadınlarının hüquqlarının təmin olunması və onların dövlət idarəçiliyində fəal iştirakının təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də Azərbaycan qadınının nəcibliyini və dərin zəkasını aydın surətdə təzahür etdirir. Onun rəhbərliyi ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələr ölkəmizin inkişafına, xalqımızın rifahına mühüm töhfələr verir.
Azərbaycan elminin inkişafında da qadın alimlərimizin rolu böyükdür. Azərbaycan Milli Elmlər Akademiyasında çalışan xanım alimlərimiz bir çox sahələrdə mühüm elmi araşdırmalar aparır, bilik və bacarıqları ilə elmimizin inkişafına əhəmiyyətli xidmət göstərirlər. Onların əməyi sayəsində əldə edilmiş nailiyyətlər Azərbaycan elminin beynəlxalq aləmdə nüfuzunu daha da artırır.
Əziz xanımlar, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə sizi ürəkdən təbrik edir, xoşbəxtlik, möhkəm cansağlığı və elmi fəaliyyətinizdə uğurlar arzulayıram!
Hörmətlə,
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.