Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şərq filologiyası məsələləri” toplusunun 12-ci buraxılışı çap olunub
07.03.2025 09:52
  • A-
  • A
  • A+

“Şərq filologiyası məsələləri” toplusunun 12-ci buraxılışı çap olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləri” məqalələr toplusunun 12-ci buraxılışı işıq üzü görüb.

Topluya daxil edilən məqalələr Yaxın və Orta Şərq ədəbiyyatının aktual problemlərinə həsr olunub. Məqalələr böyük regionu, həmçinin orta əsrlərdən başlayaraq bu günə qədər davam edən geniş dövrü əhatə edir.

Topluda “Bədr Şirvaninin panegirik poeziyası”, “Xaqlidə Ədib Adıvarın yaradıcılıq yolu”, “Abay Kunanbayevin şeir yaradıcılığı”, “Qaraqoyunlular dövründə fardilli ədəbiyyat və nümayəndələri”, “Almaniyada türk mühacirət ədəbiyatı”, “Avestada dini motivlərin spesifikası”, “Orta əsrlər farsdilli ədəbiyyatı və Məsturə yaradıcılığı, “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə”sinin farsdilli Azərbaycan ədəbiyyatında yeri”, “Kitabi-tac-ədəb” əsəri dünya kitabxanalarında”, “Dostoyevski yaradıcılığında Şərq”, “Gender problemi son dövr ərəbşünas alimlərin tədqiqatlarında”, “Xəridətül-Qəsr və Cəridətül-Əsr” əlyazmasında əcəm şairləri haqqında məlumat” və s. dəyərli elmi məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: