Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
07.03.2025 12:30
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında ilk sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Azərbaycan-Türkiyə strateji əməkdaşlığında yeni səhifə” başlıqlı icmal yer alıb.

Bugünkü sayın ilk səhifələrində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Bəsirətin Zəfəri” adlı yazı və “AMEA-da Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub” sərlövhəli informasiya dərc edilib.

Bundan əlavə, qəzetin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarına təbriki, AMEA-nın Rəyasət Heyətində Tacikistanın ölkəmizdəki səfiri və elm tarixçisi Zenfira Hacıyevanın 70 illik yubileyi münasibətilə görüşlərə həsr olunmuş tədbirlər geniş işıqlandırılıb.

Qəzetin bugünkü buraxılışında “AMEA-da Navier-Stokes tənliklərinin həlli üzrə müzakirə” mövzusunda görüş, “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsinin təqdimatı” və “Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” kitabı” adlı məqalələr, “Yeni nəşrlər” rubrikasında fundamental elmi tədqiqat əsərləri, o cümlədən “Region” rubrikası altında yer alan və ümumilikdə həftə ərzində keçirilən digər tədbirlər barədə ətraflı informasiyalar təqdim edilib.

Qəzetin rus və ingilis dili bölmələrində isə AMEA-nın Rəyasət Heyətinin iclasına və AMEA-da Ümumdünya Mülki Müdafiə Gününə dair icmallar, müsahibə, eləcə də aktual mövzuda tədbirlərlə bağlı yazılar oxucuların ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: