Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu Elmi nəşrlərin redaksiya hazırlığı şöbəsinin rəhbəri yer elmləri üzrə fəlsəfə doktoru, dosent Zəki Vəliyevin “Daim dəyişən dünyamız haqqında elm - geologiya” kitabı AMEA-nın 80 illik yubileyi ərəfəsində “Nafta-Press” nəşiyyatında çapdan cıxıb.
Müəllif kitabında Qalaktikanın (Kəhkəşanın) yaranması, Günəş sistemi, Yer planetinin fəzada mövqeyi, onun quruluşu haqqında müasir təsəvvürlər, onların fiziki, kimyəvi xüsusiyyətləri barədə məlumatlar, Yer qabığının mənşəyi, təkamülü, endogen və ekzogen proseslər haqqında nəzəri biliklər aşılayır, üzvi aləmin və onun təkamül qurumlarının inkişafı yollarında müasir təsəvvürləri və hipotezləri təqdim edir.
Alim Kainatdakı müvazinəti, ahəng və nizamın necə bərqərar olduğunu, Yer kürəsində hansı proseslərin baş verdiyini və s. suallara məhz geologiya elminin aydınlıq gətirə bildiyini göstərir.
Zəki Vəliyevin “Daim dəyişən dünyamız haqqında elm - geologiya” əsəri hər təbəqədən olan oxucuda ilk andan maraq doğuracağı şübhəsizdir. Əsər ali məktəblərin əyani və qiyabi şöbələrində, həmçinin qonşu fənlərarası ixtisaslar üzrə təhsil alan bakalavr, magistrlər, doktorantlar, gənc mütəxəssislər, ümumiyyətlə, təbiəti sevənlər üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.