Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nisə Bəyim – 70” kitabı işıq üzü görüb
13.03.2025 10:05
  • A-
  • A
  • A+

“Nisə Bəyim – 70” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) müəllifi olduğu “Nisə Bəyim - 70 (yaradıcılığı əsasında)” kitabı çapdan çıxıb.

“Müasirlərim” seriyasından olan bu kitabda müasir yazıçılarımızdan Nisə Bəyimin həyat və yaradıcılığı haqqında məlumat verilmişdir. Burada müəllifin kitablarından və onun haqqında yazılmış məqalələrdən istifadə olunmuşdur. Xalq yazıçısı Anarın məqaləsi “Ön söz” olaraq verilmişdir.

Qeyd edək ki, yeni nəşrin redaktoru fil.ü.f.d. Firuzə Məmmədli, rəyçiləri fil.e.d. Vaqif  Yusifli, fəl.ü.f.d., dosent Rübabə Şirinova və fil.ü.f.d., dosent Könül Bağırovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: