AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə ilahiyyatçı alim, Qarabağ qazisi Hacı Həsən Hüseyninin müəllifi olduğu “Fəzilətli üç ay (Rəcəb-Şaban-Ramazan)” kitabı işıq üzü görüb. Kitabı nəşrə hazırlayan və ön sözün müəllifi institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri Sona Xəyaldır.
Kitabda İslam dinində fəzilətli üç ay - Rəcəb, Şaban və Ramazan aylarındakı əlamətdar günlər, bu aylarda baş verən hadisələr haqqında əhatəli məlumat verilmişdir. Müəllif hər ayı ayrıca bölmədə dəyərləndirmiş, ən böyük hadisədən tutmuş kiçik olaylara qədər oxucuları geniş şəkildə məlumatlandırmağa çalışmışdır.
Qeyd edək ki, yeni nəşrin redaktoru ilahiyyatçı alim, tədqiqatçı Axund Hacı Soltan Əlizadə, rəyçiləri tarix e.d., dosent Tahirə Həsənzadə, fəl.e.d., dosent Zəkiyyə Əbilova və fil.ü.f.d. Samirə Əliyevadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.