Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tələbələr Ədəbiyyat Muzeyində təcrübə keçiblər
19.03.2025 10:40
  • A-
  • A
  • A+

Tələbələr Ədəbiyyat Muzeyində təcrübə keçiblər

Təcrübə məqsədilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin filologiya (Türk dili və ədəbiyyatı) və Regionşünaslıq (İran) ixtisasları üzrə bakalavr pilləsində təhsil alan IV kurs tələbələrinə növbəti seminar mövzusu təqdim edilib.

Ədəbi salnamə, bədii-sənədli kinoxronikalar şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənovanın “Elmi məqalələrin tərtibi qaydaları” mövzusunda məruzəsi dinlənilib. Məqalələrin tərtibi qaydalarından söz açan məruzəçi elmi-tədqiqat işlərinin ərsəyə gəlməsində bu mərhələnin vacibliyini diqqətə çatdırıb. Həmçinin məqalənin hazırlanması prosesində müstəqil elmi informasiyanın axtarış yolları, sistemləşdirilməsi, tələb olunan ədəbiyyatların təsviri qaydaları haqqında da tələbələrə ətraflı məlumatlar verilib.

Sonda Gülsəba Həsənova seminar mövzusu əsasında fəal diskussiya aparan tələbələrin maraqları əsasında yaranan sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: