AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Bakinski raboçi” qəzetinə Elm günü və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə müsahibə verib.
“Наука без границ” müsahibəsində gənc alim Ali Baş Komandan İlham Əliyevin misilsiz fəaliyyətindən, Prezident İlham Əliyevin dördüncü və beşinci sənaye inqilablarına töhfə verən yaşıl enerji və iqtisadi layihələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamasından danışıb.
Müsahibədə Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının Azərbaycan tarixinin əlamətdar hadisələrindən biri olduğunu söylərək, Akademiyanın şərəfli tarixi yolundan bəhs edib. Alim Azərbaycanda elmin inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açaraq, Ulu Öndərin Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf etdirilməsinə hər zaman dövlət səviyyəsində qayğı göstərdiyini bildirib. Müsahibədə Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası və Azərbaycan Milli Elmlər Akademiyasına diqqətindən geniş şəkildə danışılır.
Müsahibə ilə buradan tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.