Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
19.03.2025 22:01
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Sərəncamının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəli bu Qərarın əlavəsinə uyğun olaraq müəyyən edilsin (əlavə olunur).

2. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 19 ” “ mart ” 2025-ci il

№ 91

AzərTac

  • Paylaş: