Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
29.03.2025 10:00
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki

Hörmətli həmkarlar!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə sağlamlıq, xoşbəxtlik arzulayır, uca Yaradan tərəfindən oruc və ibadətlərinizin qəbul olunmasını diləyirəm.

Ramazan bayramı mənəvi dəyərləri, mərhəməti, humanizmi və insanpərvərliyi özündə ehtiva edən müqəddəs bayramdır. Bu bayram günlərində insanlar bir-birinə sevgi, şəfqət və qayğı göstərir, həmrəylik və dostluq bağlarını daha da möhkəmləndirirlər.

Azərbaycan xalqı hər zaman öz dini və mənəvi dəyərlərinə ehtiramla yanaşmış, İslam dininin sülh, ədalət və insansevərlik prinsiplərini həyatının ayrılmaz hissəsinə çevirmiş, ölkəmizdə din və dövlət münasibətləri daim yüksək səviyyədə tənzimlənmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət nəticəsində ölkəmizdə dini etiqad azadlığı tam təmin olunur, İslam dininə və ümumilikdə milli-mənəvi irsimizə xüsusi qayğı göstərilir.

Hörmətli həmkarlar, bir daha sizləri təbrik edir, bu mübarək bayramın ailələrinizə ruzi-bərəkət, qəlblərinizə sevinc və mənəvi rahatlıq gətirməsini arzulayıram.

Ramazan bayramınız mübarək olsun!

Hörmətlə,

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: