Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiyaçı alimin su ehtiyatlarına dair məqaləsi nüfuzlu jurnalda çapdan çıxıb
08.04.2025 09:20
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimin su ehtiyatlarına dair məqaləsi nüfuzlu jurnalda çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərovun professor Əli Əkbər Rəsuli ilə birgə yazdığı “The necessity of multi-purpose monitoring of the republic of Azerbaijan's water resources” adlı məqaləsi Scopus indeksli “Reliability: Theory & Applications” (ISSN 1932-2321) elektron jurnalında dərc edilib.

Məqalədə bildirilir ki, iqlim dəyişiklikləri ilə əlaqədar yağıntıların azalması kənd təsərrüfatına, infrastruktura, ətraf mühitə və ekosistemlərə bir çox cəhətdən davamlı şəkildə təsir göstərir. Buna görə müasir su mənbələrinin harada, nə vaxt və nə qədər itirildiyini dəqiqləşdirmək, ümumiyyətlə, Azərbaycan Respublikasının Su ehtiyatlarını qiymətləndirmək məqsədilə CİS vasitələrinin köməyi ilə monitorinqin aparılması zəruridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: