Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, i.ü.f.d. Jalə Əliyevanın “Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” kitabı çapdan çıxıb.
İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunan nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Şahbaz Muradov, rəyçiləri professor Gülənbər Əzizova və dosent Pərviz Həsənovdur.
Monoqrafiyada “həyat səviyyəsi” anlayışına və onun göstəricilərinə dair nəzəriyyə, baxış və yanaşmalar öz əksini tapıb. Azərbaycanda son illər ərzində kənd əhalisinin həyat səviyyəsində baş verən dəyişikliklər, ona təsir göstərən amillər təhlil olunub. Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi perspektivləri öz əksini tapıb.
Monoqrafiya elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.