Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.02.2016 12:31
  • A-
  • A
  • A+

Türkiyənin Erciyes Texnoparkından olan nümayəndə heyəti AMEA Təcrübə-Sənaye Zavodunda olub

Türkiyənin Erciyes Texnoparkından olan nümayəndə heyəti AMEA Təcrübə-Sənaye Zavodunda olub

Fevralın 16-da Türkiyənin Erciyes Texnoparkının direktor müavini Selaheddin Gönülateş və bu qurumun  SERA İnkubasiya Mərkəzinin rəhbəri Mehmet Yağcıoğlu AMEA Təcrübə-Sənaye Zavodunda olublar.

Qonaqlara zavodun ərazisində müalicəvi və təbii ağ naftalan yağının alınması qurğusu, istehsal gücü və əhəmiyyəti haqqında məlumat verilib.

Görüşdə birgə əməkdaşlıq əlaqələri, innovativ layihələrin təşkili, beynəlxalq əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Həmçinin AMEA-da son zamanlar həyata keçirilən innovativ layihələr və bu layihələrin prioritet elm sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, türkiyəli qonaqlarla birgə AMEA-da elm və texnoloji inkişaf məqsədli strateji planın hazırlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.

Həmçinin AMEA-nın Elm və Teknologiya Parkı ilə Türkiyənin Erciyes Texnoparkı arasında birgə əməkdaşlıq üçün fəaliyyət proqramının işlənib hazırlanması planlaşdırılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: