AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinovun “Publisistik və poetik düşüncələr” adlı yeni kitabı işıq üzü görüb.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, rəyçiləri professorlar - Məhərrəm Qasımlı, Ramazan Qafarlı və Seyfəddin Rzasoydur.
Nəşrdə Azərbaycanın şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi məqalələr, müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haqqında publisistik yazılar, həmçinin şeirlər yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.