AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında növbəti sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib” başlıqlı icmal yer alıb.
Bugünkü sayın ilk səhifələrində AMEA-da “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” fundamental kollektiv monoqrafiyanın təqdimatı, Akademiyanın kollektivinin Prezident İlham Əliyevə minnətdarlıq məktubu və akademik İsa Həbibbəylinin UNEC-də keçirilən Elm Festivalında iştirakı ilə bağlı informasiyalar dərc edilib.
Həmçinin ilk səhifələrdə “Rusiya Elmi İnformasiya Mərkəzi” Şurasının sədrinin AMEA prezidentinə təbrik məktubu və akademik İradə Hüseynovaya nüfuzlu “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatının təqdim olunması barədə xəbər yer alıb.
Bundan əlavə, qəzetdə Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildinin çap edilməsinə dair məlumat, “Rəqəmsal kriminalistika sahəsində araşdırmaların aparılması və kadrlar hazırlanması mühüm məsələlərdəndir” başlıqlı aktual yazı, eləcə də Akademiyanın elmi müəssisə və təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələri ilə bağlı informasiyalar diqqət çəkir.
Qəzetin bugünkü buraxılışında “75 il elm və sözün xidmətində”, “Londonda xalqları birləşdirən kitablar aləmində” və “Bir daha Xəzər dənizinin səviyyəsi haqqında” başlıqlı məqalələr, ümumilikdə həftə ərzində keçirilən digər tədbirlər və yeni nəşrlər barədə xəbərlər işıqlandırılıb.
Qəzetin rus və ingilis dili bölmələrində AMEA-nın Rəyasət Heyətində keçirilən təqdimata dair icmal, müsahibə, eləcə də aktual mövzuda tədbirlərlə bağlı yazılar oxucuların ixtiyarına verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.