Süni intellekt hər an, hər saniyə cəmiyyətimizin müxtəlif sahələrinə öz təsirini göstərir və öz imkanlarını hər gün genişləndirir.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.
Akademik deyib: “Cəmiyyətimizin, insan həyatının elə bir sahəsi yoxdur ki, orada süni intellektin əlamətləri özünü göstərməsin. Bu, dövrümüzün yeni çağırışıdır. Bu istiqamətdə tədbirlər həyata keçirmək hər bir ölkənin və qurumun borcudur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son bir ayda bu istiqamətdə iki mühüm sərəncam imzalayıb. Bu sahəyə ölkə rəhbəri səviyyəsində diqqət ayrılması Azərbaycanın süni intellektə və onun gələcək inkişafına verdiyi önəmin bariz sübutudur”.
AzərTac