Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm və həyat” elmi-populyar jurnalının AMEA-nın 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb
14.04.2025 11:30
  • A-
  • A
  • A+

“Elm və həyat” elmi-populyar jurnalının AMEA-nın 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb.

Xüsusi buraxılışın ilk səhifəsində “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.

Sonra Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası və alimlərimiz haqqında fikirləri əksini tapıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərinin adları və təsis yığıncağında çəkilmiş şəkil oxuculara təqdim olunur.

Jurnalın bu sayında AMEA-nın prezidenti akademik İsa Həbbibəylinin “Azərbaycan Milli Elmlər Akademiyası inkişaf mərhələləri və müasir dövr”, akademik İsmayıl Hacıyevin “Naxçıvanda elmin baş qərargahı”, akademik Fuad Əliyevin “Azərbaycanın Qərb bölgəsinin akademiyası”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlünün “80 yaşlı elm ocağının 50 yaşlı övladı”, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevin “Azərbaycan elminin regionda tərəqqisi: Lənkəran Regional Elmi Mərkəzi 20 ildə”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovanın “AMEA ilə bağlı materiallar Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında”, professor Rayihə Əmənzadənin “İsmailiyyə binasının memarlıq özəllikləri”, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının “Elmi-mədəni sərvətimiz - Akademiya şəhərciyi” adlı məqaləsi və s. materiallar yer alıb.

Həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşlarının akademik Akif Əlizadə, akademik Ömər Eldarov, akademik Asəf Hacıyev, akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü Misir Mərdanov və AMEA-nm müxbir üzvü Firəngiz Əlizadə ilə müsahibələri əksini tapıb.

Eyni zamanda “Akademiya Marşı”,Ad günün mübarək, Akademiya!”  və “Azərbaycan elminin qızıl xəzinəsi” oxuculara təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: