Türkiyədə keçirilmiş IV Antalya Diplomatiya Forumu (ADF 2025) çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Elm və Texnologiya Siyasətləri üzrə Baş Direktorunun müavini, səfir Hami Aksoy ilə görüşüb.
Görüş zamanı tərəflər Beynəlxalq Türk Akademiyası ilə Türkiyənin əlaqədar qurumları arasında elmi əməkdaşlıq imkanlarını qiymətləndiriblər.
Akademik Şahin Mustafayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən bəhs edərək, Türk dünyasında inteqrasiyanın gücləndirilməsi missiyası çərçivəsində həyata keçirilən prioritet elmi layihələrə diqqət çəkib.
Tərəflər əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib, Türk dünyasında elmi icmalar arasında dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.