AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi, AYB və AJB-nin üzvü Xanım Mehdixanlının (Xanımbacı Məlikzadə) geniş ön söz yazaraq toplayıb tərtib etdiyi “Sona Xəyal. Əlyazmalar, kitablar, xatirələr (məqalələr 9)” kitabı işıq üzü görüb.
Kitabda Əlyazmalar İnstitutunun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sona Xəyalın (Sonaxanım Hadiyeva) müxtəlif illərdə qələmə alınmış və dövri mətbuatda çap olunmuş məqalələri toplanıb.
Qeyd edək ki, yeni nəşrin redaktoru fil.e.d. Nailə Səmədova, rəyçiləri fil.ü.f.d. Samirə Əliyeva və fil.ü.f.d. Xatirə Yusifovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.