Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan florasının Səhləbkimiləri” kitabı işıq üzü görüb
24.04.2025 09:40
  • A-
  • A
  • A+

“Azərbaycan florasının Səhləbkimiləri” kitabı işıq üzü görüb

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Ali bitkilərin sistematikası və filogeniyası şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Aydın Əsgərovun “Azərbaycan florasının Səhləbkimiləri (Orchidaceae Juss.)” kitabı çap olunub.

Kitab Azərbaycan Respublikasının Səhləbkimilər fəsiləsinin növdaxili sistematikasına aiddir. Əsərdə Azərbaycanın yabanı florasında yayılan 5 yarımfəsilə, 4 tribaya, 9 seksiyaya toplanan 22 cinsə aid 55 növ, 10 yarımnöv və 5 hibrid mənşəli növlərin sistematik, morfobioloji və ekocoğrafi təhlili öz əksini tapmışdır. Cins və növlərin təyinedici açarları ilə yanaşı, hər bir taksonun müasir nomenklaturası, nomenklatur tipləri, morfoloji səciyyəsi, Azərbaycanda yayılması, coğrafi tipləri, orijinal fotoşəkilləri, eləcə də nadir və itmə təhlükəsində olan növlərin xüsusiyyətləri verilmişdir.

Kitab biologiya və ekologiya sahəsində, xüsusən, ali bitkilərin sistematikası və filogeniyası sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: