Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Zemfira Səfərova haqqında kitab nəşr olunub
25.04.2025 14:44
  • A-
  • A
  • A+

Akademik Zemfira Səfərova haqqında kitab nəşr olunub

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova. Zemfira Səfərovanın musiqişünaslıq fəaliyyəti və müasir Azərbaycan musiqi elminin inkişaf mərhələləri” adlı kitabı işıq üzü görüb.

Dörd fəsili əhatə edən kitabda musiqişünaslığın inkişafında aktual problemlərin tədqiqatçısı, Üzeyirşünaslıq, mənbəşünaslıq, musiqi tarixi və nəzəriyyəsi istiqamətində uğurlu tədqiqatların müəllifi musiqişünas-alim, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın musiqişünaslıq elminə verdiyi töhfələrdən bəhs edilir. Alimin geniş yaradıcılıq fəaliyyətini təhlil edərkən müəllif müasir milli musiqişünaslığın aktual problemlərinə, Azərbaycanın görkəmli bəstəkar və musiqiçilərinin yaradıcı portretlərinə həsr edilən tədqiqat əsərlərində akademik Zemfira Səfərovanın milli musiqi sənətinin əsas istiqamətləri haqqında aydın təsəvvür yaratmağa nail olduğunu bildirir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi irsinin akademik nəşrini həyata keçirən akademik Zemfira Səfərovanın bəstəkarın musiqi-estetik və nəzəri irsini Azərbaycan mədəniyyətinin xəzinəsinə böyük töhfəsi kimi qiymətləndirir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: