Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının monoqrafiyası nəşr olunub
28.04.2025 12:38
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının monoqrafiyası nəşr olunub

ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik D.Tağıyev, müxbir üzv Q.Kəlbəliyev, dosent M.Manafovun ADNSU-nun professoru S.Rəsulovla birgə “Neft dispers sistemlərinin reologiyası“ monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada neft dispers sistemlərində hidrodinamika və kütlə ötürülməsi məsələləri nəzərdən keçirilməklə təhlil edilir. Dispers mühitlərdə baş verən əsas proseslərin struktur-sistem təhlili aparılmışdır. Qeyri-sabit dispers sistemlərinə xas olan aqreqasiya və çökmə prosesləri, mühitdə strukturun formalaşması araşdırılmışdır. Qeyri-Nyuton neftlərin reologiyası və neft emulsiyalarının ayrılması proseslərinin modelləşdirilməsi məsələlərinə mühüm yer ayrılmışdır.

Neftlərin məsaməli mühitdə hidravlik diffuziya, qeyri-xətti filtrasiya tənlikləri üçün analitik həllər təklif edilmişdir. Strukturlaşdırılmiş neft emulsiyalarının reoloji modelləri işlənib hazırlanmışdır. Reologiyanın tətbiqi problemləri tədqiq edilmişdir.

Kitab neft dispers sistemlərində hidrodinamika, kütlə və istilik mübadiləsi ilə məşgul olan mütəxəssislər, həmçinin texnoloji ixtisaslar üzrə təhsil alan tələbə və doktorantlar üçün nəzərdə tutulub.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: