Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı “Bakinskiy raboçiy” qəzetinə müsahibə verib
29.04.2025 12:24
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı “Bakinskiy raboçiy” qəzetinə müsahibə verib

Böyük Britaniyanın tanınmış “IntechOpen” elmi nəşriyyatı Azərbaycan Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşlarının birgə müəllifliyi ilə “Ətraf mühitdə ağır metallar - çirklənmə, risk və remediasiya” (Heavy Metals in the Environment - Contamination, Risk, and Remediation) kitabını nəşr edib.

Məlumdur ki, dünyadakı ekoloji vəziyyət müasir cəmiyyətin ən vacib problemlərindən biridir. Belə ki, antropogen təsir nəticəsində təbiətə çoxlu miqdarda zəhərli maddələrin atılması, planetdəki bütün canlıların sağlamlığına təsir edən mənfi nəticələrə gətirib çıxarır. Ətraf mühitin mühafizəsi problemi getdikcə ciddiləşir, çirklənməni və neqativ halların canlı orqanizmlərə təsirini azaltmaq üçün təcili tədbirlər tələb edir.

Bu kitabda ətraf mühitin ağır metallarla çirkləndirilməsi, onunla əlaqəli yaranan risklər və cavab strategiyaları üzrə cari tədqiqatlara aid geniş məlumat verilmişdir. “Bakinskiy raboçiy” qəzetinin müxbiri Qaliya Əliyeva kitabın həmmüəlliflərindən biri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının aparıcı elmi işçisi, dosent Sevda Fətullayevadan bu mövzu üzrə müsahibə götürüb.

Müsahibə ilə buradan tanış ola bilərsiniz.

  • Paylaş: