Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiyaçı alim Xəzərin problemləri barədə müsahibə verib
29.04.2025 14:03
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Xəzərin problemləri barədə müsahibə verib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri professor Əmir Əliyevin “İki sahil” qəzetində müsahibəsi dərc edilib.

Professor müsahibəsində Xəzərin səviyyə və çirklənmə problemləri, buna təsir edən amillər, səviyyə tərəddüdlərinin heyvanat aləminə təsiri, Aral dənizi ilə müqayisədə Xəzərin azalmasının gətirib çıxara biləcəyi nəticələr, problemlərin həllinə dair aparılan tədqiqatlar və həyata keçirilən yeni layihələr və s. kimi məsələlərə toxunub.

Müsahibəsinin sonunda alim Xəzərlə bağlı tövsiyələrini bildirib, Xəzərin problemlərini diqqət mərkəzində saxlayan və Xəzərdə gedən prosesləri daha dərindən təhlil etməyə imkan yaradan Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə ümumi bir mərkəzləşdirilmiş monitorinq mərkəzinin, eləcə də digər Xəzəryanı ölkələrdə olduğu  kimi, Azərbaycanda da Xəzərin tədqiqi ilə məşğul olan institutun yaradılmasının vacibliyini xüsusi olaraq qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: