Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

19.02.2016 15:12
  • A-
  • A
  • A+

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətini ifşa edən daha bir əsərin təqdimatı keçirilib

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətini ifşa edən daha bir əsərin təqdimatı keçirilib

Fevralın 19-da AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Sitarə Mirmahmudovanın “Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti” kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli təqdim olunan kitabın elmi və tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, yeni nəşr 1986-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun dissertantı Sitarə Mirmahmudovanın “Ermənistan SSR ərazisində Azərbaycan mənşəli oykonimlərin tədqiqi” mövzusunda müdafiə etdiyi dissertasiya işidir. Təəssüf ki, 1981-1986-cı illərdə tədqiq olunmuş elmi iş keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmayıb.

Yeni kitabı siyasi-ideoloji cəhətdən əhəmiyyətli bir mənbə kimi səciyyələndirən akademik İsa Həbibbəyli qeyd etdi ki, nəşrdə cəmləşdirilmiş çoxsaylı tarixi faktlar, indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan-türk mənşəli oykonimlərin ermənişdirilməsinə dair rəsmi sənədlər, demək olar ki, ilk dəfə olaraq tədqiqata cəlb olunan digər arxiv materialları, o cümlədən erməni və Azərbaycandan kənar digər mənbələrdən istifadə olunması əsərin elmi dəyərini daha da artırır.

Bildirildi ki, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun təşəbbüsü və təqdim etdiyi materiallar əsasında nəşr olunan kitabın ön söz müəllifi Dövlət Mükafatı laureatı, tarix elmləri doktoru  Kərim Şükürov, redaktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Azərbaycan Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Nizami CəfərovCoğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli və başqaları aktuallıq kəsb edən kitabın elmi əhəmiyyətini yüksək qiymətləndirdilər. Yeni nəşrin qədim Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması və bu ərazidə erməni dövlətinin yaradılması proseslərinin bütün istiqamətlərinin tədqiqi ilə məşğul olan, o cümlədən təcavüzkar Ermənistan dövlətinin monoetnik ölkəyə çevrilməsinin səbəb və nəticələrini araşdıran, eləcə də Azərbaycan xalqının məruz qaldığı çoxistiqamətli erməni təcavüzü məsələsinə maraq göstərən tədqiqatçılar üçün əsaslı mənbə olacağı vurğulandı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: