Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
23.05.2025 11:25
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Türk dövlətləri arasında strateji tərəfdaşlıq möhkəmlənir” başlıqlı icmal yer alıb.

Bugünkü sayın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin  iştirak etdiyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxlaq konfrans, “Faşizm üzərində qələbədə imzamız” mövzusunda gənc alim və tədqiqatçıların respublika elmi konfransı, eləcə də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş futbol turnirinə dair informasiyalar dərc edilib.

Qəzetin bu buraxılışında akademik İsa Həbibbəylinin Beynəlxalq Mihay Eminesku Akademiyasının prezidenti professor İon Deakonesku ilə görüşü, İctimai Elmlər Bölməsinin və Ədəbiyyat İnstitutunun Elmi şuralarının iclasları haqqında xabərlər yer alır.

Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında İlham Əliyev dövrü: modernləşdirmə, yeniləşmə və islahatlar mərhələsi, “XX əsrdə zərurətdən yaranan Elmlər Akademiyasının gələcəyə ünvanlanan fəaliyyəti”, “Azərbaycanlı alimlərin adları dünyanın ən böyük riyaziyyatçıları olmuş Kolmoqorov və Arnoldla eyni cərgədə” və “Oljas Süleymenovun “Gil kitab”ında türklərlə bağlı məlumatların özəlliyi” başlıqlı məqalələr, o cümlədən ümumilikdə həftə ərzində Akademiyanın bölmə, elmi müəssisə və təşkilatlarında keçirilən digər tədbirlər barədə yazılar işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da həftə ərzində keçirilən aktual mövzuda tədbirlərlə bağlı yazılar və professor İkram Ağasıyevlə müsahibə oxucuların ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: