Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin baş biblioqrafı Təranə Cavadovanın tərtibçisi olduğu “Heydər Əliyev AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu əməkdaşlarının tədqiqatlarında” mövzu biblioqrafik göstəricisi işıq üzü görüb.
Biblioqrafik göstəricidə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşlarının kitablarının, elmi jurnallarda, dövri mətbuat mənbələrində və məcmuələrdə çap olunmuş əsərlərinin annotasiyalı təsvirləri verilmişdir.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, redaktoru Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərova, informasiya-resurs təminatına kömək edən Nigar İbrahimova, dizaynerləri isə Vüqar Hacıyev və İsmət Cəfərovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.