Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.06.2025 15:06
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı Tatarıstanda keçirilən VIII Beynəlxalq Qızıl Orda forumunda iştirak edib

Tarix Muzeyinin əməkdaşı Tatarıstanda keçirilən VIII Beynəlxalq Qızıl Orda forumunda iştirak edib

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Bolqar və Kazan şəhərlərində Tatarıstan Respublikasının Elmlər Akademiyasının Ş.Mərcani adına Tarix İnstitutu, M.A.Usmanov adına Qızıl Orda və Tatar xanlarının Tədqiqatları Mərkəzi, Bolqar İslam Akademiyasının təşkilatçılığı ilə “PaxTatarica: средневековые источники и исторический контекст” (Tatarıstanın intibah dövrü: orta əsr mənbələri və tarixi kontekst) mövzusunda VIII Beynəlxalq Qızıl Orda forumu keçirilib.

Forumda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun baş mütəxəssisi, t.ü.f.d. Aygün Məmmədova “Qızıl Orda və tatar xanlarının numizmatikası və epiqrafikası: yeni tapıntılar” adlı bölmədə “Монеты Джучидов как факт средневековых торговых связей Азербайджана” (Azərbaycanın orta əsrlərdə ticarət əlaqələrinin faktı: Cuçi sikkələri) mövzusunda çıxış edib.

A.Məmmədova muzeyin Numizmatika və Xüsusi fondlarında qorunan numizmatik materiallar əsasında ilk dəfə olaraq Azərbaycanın müxtəlif bölgələrində (Bakı, Salyan, Hacıqabul) aşkarlanmış Cuçi (Qızıl Orda xanları) sikkələri barədə ətraflı məlumat verib.

Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: