ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının (Eldar Zeynalov, Jörg Friedrich, Əsgər Hüseynov, Nərmin Mustafayeva, Eldar Qasımov) “Kommersiya dizel yanacağının və onun fraksiyasının metal-tərkibli çoxdivarlı karbon nanoborularının iştirakı ilə oksidləşmə kinetikası” (Oxidation kinetics of a commercial diesel fuel and its fraction in the presence of metal-containing multi-walledcarbon nanotube admixtures) adlı məqaləsi Scopus bazasında indeksləşən “Chemistry & Chemical Technology”da nəşr olunmuşdur.
Sözügedən tədqiqatın məqsədi Fe-Co tərkibli çoxdivarlı karbon nanoborularının (Fe-Co@MWCNT) iştirakı ilə dizel yanacağı fraksiyalarının aerob oksidləşməsinin səviyyəsini qiymətləndirməkdir. Fe-Co klasterləri nanokarbon kanalları daxilində və xaricində yerləşərək zəncirvari oksidləşmə reaksiyalarını fəal şəkildə kataliz edir. Əldə olunan nəticələr çoxkomponentli karbohidrogen xammallarının oksidativ çevrilməsi üçün effektiv nanokatalitik sistemlərin seçilməsini tövsiyə edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.