Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, i.e.d., professor Ədalət Muradovun tövsiyəsi ilə təsis olunan “UNEC Journal of Computer Science and Digital Technologies” (JCSDT) adlı elmi-praktik jurnalın universitetin 95 illik yubileyinə həsr olunan ilk sayı işıq üzü görüb. Jurnalın baş redaktoru AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, baş redaktorun müavinləri "Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrasının dosentləri Təranə Əliyeva və Ülviyyə Rzayevadır.
İldə iki dəfə dərc olunacaq jurnalın əsas məqsədi kompüter elmləri və rəqəmsal texnologiyaların sürətlə inkişaf edən sahələrində nəzəri əsasların inkişaf etdirilməsi və əldə olunan elmi nəticələrin praktikada tətbiqinə təkan verilməsidir.
Redaksiya heyəti universitetin tanınmış alimləri və beynəlxalq ekspertlərdən ibarət olan jurnal ölkə başçısının “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamı və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında fərmanından irəli gələn vəzifələrin icrası istiqamətində təsis edilib.
Jurnalın ilk sayı ilə buradan tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.