Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşı Springer Nature nəşriyyatının vebinarında iştirak edib
23.06.2025 13:50
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı Springer Nature nəşriyyatının vebinarında iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, t.e.ü.f.d. İsmayıl Zeynalov Springer Nature nəşriyyatı tərəfindən təşkil edilmiş “Tədqiqat göstəricilərini anlamaq” mövzusunda keçirilən vebinarda  iştirak edib.

Tədbir Hindistan hökumətinin “Bir millət, bir abunə” (ONOS) proqramı çərçivəsində qlobal elmi resurslara çıxışın təşviqinə və Springer Nature platformasının imkanlarının nümayişinə həsr olunmuşdu.

Vebinarda iştirakçılara İmpakt Factor, Scopus, CiteScore, Web of Science (WoS) və s. kimi geniş yayılmış göstəricilər, eləcə də Eigenfactor, Journal Citation Indicator və s. kimi daha az tanınan, lakin əhəmiyyətli ölçü sistemləri haqqında ətraflı məlumat verilmişdir.

Sessiyada tədqiqatçılar üçün elmi göstəricilərdən səmərəli istifadə yolları, nəşr strategiyalarının formalaşdırılması və süni intellektin bu sahədə tətbiqi imkanları da müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: