ETN Botanika İnstitutunun əməkdaşı “Ali bitkilərin ekologiyası və coğrafiyası” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nərmin Sadıqova Coğrafi İnformasiya Sistemlərinin təsisçisi olan, ArcGİS proqram məhsulları ilə bütün dünyada tanınan Amerika şirkəti ESRI-nin (ESRI Training - MOOC) təqdim etdiyi kütləvi açıq onlayn kurslarından istifadə edib.
N.Sadıqova “GIS for Climate Action” və “Going Places with Spatial Analysis” adlı kursların 6 həftəlik tədris vaxtını uğurla başa vurub və ESRI şirkətinin prezidenti Jack Dangermondun imzaladığı 2 sertifikatla təltif edilib.
Bununla yanaşı, UC Davis Universitetinin (Kaliforniya ştatı) təlimçi, Geoməkan məlumatları üzrə mütəxəssisi Erik Hovard tərəfindən keçirilən “Geospatial Analysis with ArcGIS” təlimi, Toronto Universitetinin (Kanadada) CİS üzrə tədris mütəxəssisi Don Boyes tərəfindən keçirilən “Introduction to GIS Mapping” təlimi, eləcə də 2003-cü ildə Birləşmiş Krallıqda əsası qoyulan proqramlaşdırma və informasiya texnologiyaları üzrə təlimlər keçən Packt şirkətinin “Satellite Remote Sensing Data Bootcamp With Opensource Tools” təlimi üzrə müvafiq qeydiyyatlı sertifikatlar əldə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.