Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Elm Fondu” müsabiqə elan edir
01.07.2025 22:00
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Elm Fondu” müsabiqə elan edir

Azərbaycan Respublikasında elmin inkişafına dövlətin xüsusi qayğısını rəhbər tutaraq ölkədə neft, neft-kimya və qaz sənayesi, alternativ və yaşıl enerji sahələri ilə əlaqədar fəaliyyət istiqamətləri (yataqlarının axtarışı, kəşfiyyatı, hazırlanması, işlənməsi, neftin, qazın, kondensatın hasilatı, nəqli, emalı, bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi və s.) üzrə tarixi, mədəni, sosioloji, fəlsəfi, ictimai, ədəbi-bədii, linqvistik, ekoloji və digər sosial-humanitar baxımdan önəm kəsb edən aktual məsələlərin müxtəlif aspektlərinin elmi-nəzəri tədqiqinin, praktiki həlli yollarının müəyyən edilməsi və təkliflərin formalaşdırılmasının, energetika sahəsi ilə əlaqədar dövlət siyasətinin, ixtisaslaşmış fəaliyyətin, peşənin təqdir və təbliğ edilməsinin, mühüm əhəmiyyətinə dair maarifləndirmənin təmin edilməsinin stimullaşdırılması məqsədilə

SOCAR-ın “Elm Fondu” Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra AMEA) çalışan alimlər və onlarla birgə layihələrdə icraçı qismində iştirak edəcək SOCAR-ın əməkdaşları üçün 2025-2026-cı illər üzrə müsabiqə

E L A N   E D İ R:

1. Təqdim olunan layihələr humanitar, ictimai və yer elmlərinin sosial-humanitar aspektləri üzrə aşağıda qeyd edilən mövzulara aid olmalıdır:

 Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası;

  Alternativ və yaşıl enerjinin humanitar və ictimai aspektlərinin tədqiqi;

   Neft-qaz və neft-kimya sənayesinin tarixi və inkişaf mərhələləri;

   Ədəbiyyatda neft mövzusu;

   İncəsənətdə neftçi obrazları;

‒ Azərbaycan neft mövzusunda aparılmış tədqiqatların biblioqrafik sistemləşdirilməsi, dövrləşdirilməsi və rəqəmsallaşdırılması;

    Görkəmli neftçilərin həyat və fəaliyyətinin tədqiqi;

    “Neftçi” sosial peşə qrupunun dəyərlər sisteminin tədqiqi;

    Qədim əlyazmalarda Azərbaycan nefti ilə bağlı məlumatların araşdırılması;

     Azərbaycan elm tarixində neft mövzusunun tədqiqi;

     Xəzərin kiçik dərinlikləri və sahilyanı ərazilərindəki abidələrin arxeoloji tədqiqi;

  SOCAR-ın fəaliyyət istiqamətlərinin (yataqlarının axtarışı, kəşfiyyatı, hazırlanması, işlənməsi, neftin, qazın, kondensatın hasilatı, nəqli, emalı, ticarəti, yanacağın pərakəndə satışı, təbii qazın paylanması və s.) tarixi, mədəni, sosioloji, ictimai, iqtisadi, ekoloji və digər sosial-humanitar aspektlərinin araşdırılması;

  Energetika sahəsi üzrə fəaliyyətin (peşənin) təbliği, bu istiqamətdə maarifləndirmənin tədqiqi.

2. Müsabiqə fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri (müsabiqə növünün kodu: ET) nominasiyası üzrə keçirilir.

3. Müsabiqədə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları və ya onlarla birgə layihədə çalışan SOCAR-ın işçiləri iştirak edə bilərlər.

4. Layihələr müsabiqəyə fərdi və kollektiv formada təqdim oluna bilər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.

5. Layihələr müəyyən olunmuş formaya (buradan yükləyin -  Forma ET)  uyğun tərtib olunaraq digər sənədlərlə birlikdə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinə (Ünvan: AZ1001, Azərbaycan, Bakı ş., İstiqlaliyyət küç., 30, 503-cü otaq) layihə rəhbəri tərəfindən birbaşa çatdırılmaq və qeydiyyatdan keçirilməklə təqdim olunmalıdır.

6. Layihələr 2025-ci ilin 01 iyul tarixindən 30 iyul tarixinədək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir. Müsabiqə ilə əlaqədar əlavə məlumat almaq üçün AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə (tel.: 492-66-70; 497-69-46; e-mail: eti@science.az) müraciət etmək olar.

7.  Müsabiqədə iştirakın xüsusi şərtləri:

  Fondun İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər.

  Layihə rəhbəri və ya icraçı yalnız bir layihə üzrə müsabiqədə iştirak edə bilər.

Layihə rəhbəri və icraçılar müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA  və ya SOCAR-la əmək münasibətində olmalıdır.

Bir layihə üzrə iştirakçıların (layihə rəhbəri və icraçılar) ümumi sayı 5 (beş) nəfərdən çox olmamalıdır. İstisna hallarda İdarə Heyətinin qərarı ilə layihə iştirakçılarının sayı artırıla bilər.

8. Aşağıdakı hallarda layihələr Müsabiqə Komissiyası tərəfindən qəbul olunmur:

   Müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda;

 Digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə;

  Layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə;

  Tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmayan layihə təqdim edildikdə.

9. Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin  pozulması  halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır.

10. Bütün layihələr bir qayda olaraq, Azərbaycan dilində, sənədlərin 2 №-li forması isə əlavə olaraq ingilis dilində tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 (iki) nüsxədə təqdim olunmalıdır.

11. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

Layihənin məzmununu, elmi istiqamətini, annotasiyasını və s. əks etdirən ümumi məlumatlar (Forma 2);

   Layihənin xərclər smetası (Forma 3);

    Layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);

  Layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti və iş yerindən arayış.

12. Layihə rəhbəri ərizənin (Forma 1), əlavə olunan sənədlərin (Formalar 2-4) və digər müşayiətedici materialların elektron variantının kağız variantla uyğunluğuna məsuliyyət daşıyır.

13. Təqdim edilən layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər  məcburi ödənişlər daxil edilməklə müəyyən edilməlidir.

SOCAR-ın “Elm Fondu”nun İdarə Heyəti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: