Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.07.2025 10:20
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin əməkdaşları regional bölmələrdə olublar

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin əməkdaşları regional bölmələrdə olublar

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Mülki müdafiə haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik” qanunlarına, AMEA-nın 2025-ci il üçün Mülki müdafiə tədbirlər planına uyğun olaraq imzaladığı müvafiq əmrinə əsasən AMEA RH Aparatının Mülki müdafiə şöbəsinin əməkdaşları AMEA Gəncə Bölməsi, Şəki Regional Elmi Mərkəzi və Lənkəran Regional Elmi Mərkəzinə ezam olunublar.

Əsas məqsəd regional bölmə və elmi mərkəzlərdə mülki müdafiə və hərbi qeydiyyat, bron işinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə nəzarət, real vəziyyətlə yerində tanış olmaq və metodiki köməkliyin göstərilməsi olub. AMEA RH Aparatının Mülki müdafiə şöbəsinin rəisi Nizami Vəliyev Şəki Regional Elmi Mərkəzində, baş mütəxəssis Bahar Həsənova Lənkəran Regional Elmi Mərkəzində və baş mütəxəssis Natiq Mehdiyev Gəncə Bölməsində görüşlər keçiriblər.

Gəncə Bölməsinin sədri kimya elmləri doktoru, akademik Fuad Əliyev, Şəki Regional Elmi Mərkəzinin direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, Lənkəran Regional Elmi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Əliyev Mülki müdafiə şöbəsinin əməkdaşları ilə görüşləri zamanı bildiriblər ki, bu ezamiyyələr AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin regional bölmə və mərkəzlərə olan diqqət və tələbkarlığının növbəti xoş təzahürüdür. Belə ki, akademik İsa Həbibbəyli regional bölmə və mərkəzlərdə həyata keçirilən inzibati iş və elmi fəaliyyətləri daim nəzarətdə saxlayır və yardımını əsirgəmir. Regional bölmə və mərkəzlərdə də inzibati iş və elmi fəaliyyət qanunvericiliyə və günün çağırışlarına uyğun olaraq təşkil olunur.

AMEA Gəncə Bölməsinin Mülki müdafiə Qərargahının rəisi Vüsal Eminbəyli, İnsan resursları şöbəsinin müdiri Kəmalə Qurbanova, Şəki Regional Elmi Mərkəzinin Mülki müdafiə Qərargahı rəisi Yusif Rəhimov, İnsan resursları şöbəsinin müdiri Ülviyyə Qasımova və Lənkəran Regional Elmi Mərkəzinin İnsan resursları şöbəsinin müdiri Validə Seyfullayeva ezam olunmuş əməkdaşları müvafiq sahələr üzrə görülən işlərlə, mövcud vəziyyətlə, sənəd dövriyyəsi, mülki müdafiə əmlakının saxlanılması şəraiti və s. ilə tanış ediblər. Qeyd olunan istiqamətlər üzrə mövcud vəziyyətlə yerində tanış olan RH Aparatının Mülki müdafiə şöbəsinin əməkdaşları işin daha effektiv təşkili üçün öz təklif və tövsiyələrini verib, arayışlar tərtib ediblər.

Regional bölmə və elmi mərkəzlərdə mülki müdafiə və hərbi qeydiyyat, bron işinin təşkili və vəziyyəti ümumən qənaətbəxş hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: