AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyena və bərpası laboratoriyasının mütəxəssisi Aynur Səfərova Polşanın Varşava şəhərində onlayn şəkildə keçirilmiş “I Beynəlxalq Varşava elmi tədqiqat və innovasiya konqresi”ndə iştirak edib.
Azərbaycan, Türkiyə, Hindistan, Pakistan, Serbiya, Mərakeş, Vyetnam və bir sıra ölkələrdən alim və mütəxəssislərin qatıldığı konqresdə A.Səfərova “Azərbaycan ədəbiyyatının qorunması və təbliğində Heydər Əliyevin rolu” (“Heydar Aliyev’s role in the protection and promotion of Azerbaijan literature”) mövzusunda məruzə edib və maraqlı çıxışına görə təşkilatçı qurumun sertifikatına layiq görülüb.
Qeyd edək ki, beynəlxalq konqres ISARC - Beynəlxalq Elm və İncəsənət Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.