Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
04.07.2025 14:00
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında ilk iki nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Xankəndi öz tarixinin yeni səhifələrini yazır” başlıqlı icmal təqdim edilib.

Bugünkü buraxılışın ilk səhifələrində “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qardaş Türkiyədə təntənə ilə qeyd edilib” rubrikası altında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin bir qrup nümayəndə heyəti ilə Türkiyədə müxtəlif formatlarda keçirdiyi görüşlər geniş şəkildə işıqlandırılıb.

Bundan əlavə, AMEA-nın və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium, eləcə də akademik İsa Həbibbəylinin özbəkistanlı alimlər, elm və mədəniyyət nümayəndələri ilə görüşləri haqqında informasiyalar bu nömrədə yer alıb.

Qəzetin bu sayında “Akademik Cəlal Əliyev: Fundamental elmlə praktikanın unikal vəhdəti” başlıqlı məqalə, eyni zamanda akademik Ziyad Səmədzadənin 85 illik, şair Vaqif Aslanın 75 illik yubileylərinə, türkoloq alim Cavad Heyət və ədəbiyyatşünas Qasım Qasımzadəyə həsr olunan elmi sessiyalara dair yazılar dərc olunub.

Bugünkü sayda AMEA-nın elmi bölmə və müəssisələrində həftə ərzində keçirilən müxtəlif tədbirlərlə bağlı informativ yazılar və yeni nəşrlər təqdim edilib.

Qəzetin rus və ingilis dili bölmələrində akademik İsa Həbibbəylinin Türkiyəyə səfəri çərçivəsində baş tutan görüşlər, tədbirlər barədə məlumatlar, həmçinin İranın nüvə obyektlərinin radiasiya təhlükəsi mövzusunda “Далеко от наших границ” başlıqlı müsahibə dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: