Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.07.2025 15:15
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun əməkdaşları TURAN25 beynəlxalq simpoziumunda iştirak ediblər

Radiasiya Problemləri İnstitutunun əməkdaşları TURAN25 beynəlxalq simpoziumunda iştirak ediblər

Türkiyənin İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetində Fundamental Elmlər üzrə TURAN beynəlxalq simpoziumu (TURAN25) keçirilib.

Qeyd edək ki, TURAN25 “Bir millət, iki dövlət” devizi altında təşkil olunub, elm və təhsil işçiləri arasında əməkdaşlığı və akademik əlaqələri inkişaf etdirərək bütün türk dövlətlərindən hörmətli akademik və tədqiqatçıları bir araya gətirmək məqsədi daşıyır. Almaniya, Azərbaycan, Əlcəzair, Çin, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Rusiya və Türkiyənin 50-dən çox universitetindən biologiya, fizika, ekologiya və riyaziyyat sahələrində fəaliyyət göstərən elm adamlarının iştirak etdiyi simpoziumda Azərbaycan nümayəndə heyəti geniş tərkibdə iştirak edib.

Simpoziumda Radiasiya Problemləri İnstitutunun əməkdaşları - fizika üzrə fəlsəfə doktorları, dosentlər Əminə Mikayılova və Rəxşanə Məmişova, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva, biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyeva, fizika üzrə fəlsəfə doktoru Aydan Xalıqzadə, Aida Əzizova və Sənəm Vəliyeva iştirak edib, apardıqları tədqiqatların nəticələrini məruzə ediblər.

Məruzələr Simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: