Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Vüqar Əhmədin monoqrafiyası çap olunub
11.07.2025 15:45
  • A-
  • A
  • A+

Professor Vüqar Əhmədin monoqrafiyası çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru Vüqar Əhmədin “Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühit (XIX əsr – XX əsrin əvvəlləri)” monoqrafiyası çap olunub.

Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 19 iyun 2025-ci il tarixli 4 saylı qərarı ilə nəşr edilib. Nəşrin elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabın Ön sözünü “Tərəqqi” medallı pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə yazıb. Kitabın rəyçiləri filologiya elmləri doktorları, dosentlər Gülbəniz Babayeva və Səbinə Əhmədovadır.

Monoqrafiyada XIX əsr – XX əsrin əvvəlləri Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühitin təşəkkülü, formalaşması və inkişaf yolu tədqiqata cəlb olunur. Həmin dövrlərdəki ədəbi məclislər, bu məclislərdə formalaşan söz sənətkarlarının yaradıcılığı təhlil edilir. Tədqiqat Qərbi Azərbaycan, Cənubi Azərbaycan, Kərkük, Naxçıvan, Qazax-Borçalı, Bakı, Şəki, Gəncə, Qarabağ, Şamaxı, Dərbənd, Quba, Lənkəran və digər coğrafiyalarda ədəbi mühitlə bağlı fikir formalaşdırır.

298 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Əsər Giriş, ön üç bölüm, nəticə və ədəbiyyat hissələrindən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: