AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərovanın “Əkinçi” qəzetinin 150 illiyinə ithaf etdiyi, əsərləri ərəb əlifbasından transfoneliterasiya edərək tərtib edib nəşrə hazırladığı “Əkinçi”lər” kitabı işıq üzü görüb. Ə.Ələkbərova kitaba geniş ön söz yazıb və ədəbiyyat göstəricisi əlavə edib.
Kitabda “Əkinçi” qəzetində məqalələri çap edilmiş bütün müəlliflərin tam siyahısı və onların əksəriyyəti haqqında qısa məlumat verilir. İlk dəfə olaraq Həsən bəy Zərdabinin tərtib etdiyi “Türk nəğmələri” və Ələkbər Heydərinin “Qəzet və müxbirlik” kitabçaları transfoneliterasiya olunaraq çap edilib. Kitaba “Əkinçi” qəzetinin digər üzvlərinin də indiyə qədər çap olunmuş və olunmamış əsərləri daxil edilib.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Əməkdar incəsənət xadimi fil.ü.f.d. Məhəbbət Mehdiyeva, rəyçisi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi “Orta Şərq dilləri və ədəbiyyatı” kafedrasının müəllimi Eldost İbrahimovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.