Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları - prof. Etibar İsmayılov, k.ü.f.d. Aygün Rüstəmova, k.ü.f.d. Sevinc Osmanova və doktorant k.ü.f.d. Sevil Xəlilova beynəlxalq elmi əməkdaşlıq memorandumu çərçivəsində İtaliyada ezamiyyətdə olublar.
Ezamiyyət müddətində RAIT88 tədqiqat mərkəzində prof. Bellucci və onun rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə sənaye və ətraf mühit problemlərinin həlli üçün perspektivli nanomaterialların sintezi sahəsində birgə eksperimentlər aparıblar.
Görüş zamanı təcrübə mübadiləsi həyata keçirilib, sintez olunmuş nanomaterialların tətbiq imkanları, xüsusilə çirklənmənin azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, birgə elmi layihələrin hazırlanması və beynəlxalq qrant proqramlarına müraciət perspektivləri nəzərdən keçirilib.
Ezamiyyət tədqiqat potensialının artırılması və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi baxımından faydalı olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.