Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının növbəti nömrəsi çapdan çıxıb
17.07.2025 19:12
  • A-
  • A
  • A+

“Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının növbəti nömrəsi çapdan çıxıb

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (MBBİ) tərəfindən nəşr olunan “Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının növbəti nömrəsi (cild 9, nömrə 1) “Elm” nəşriyyatında işıq üzü görüb.

Bu nömrədə Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində biologiya, aqrar və tibb elmləri sahəsində aparılan multidissiplinar araşdırmaların mühüm nəticələrini özündə əks etdirən ümumilikdə 10 məqalə nəşr edilib.

Qeyd edək ki, beynəlxalq standart seriya nömrələri (ISSN: çap – 2709-0744, elektron – 2709-0752) ilə ingilis dilində nəşr edilən jurnalın bütün məqalələrini PDF formatında jurnalın saytından (https://www.timbb.az/) və ya institutun saytında jurnal üçün ayrılmış səhifədən (https://imbb.az/az/content/190) əldə etmək mümkündür.

Hazırda jurnalın saytı beynəlxalq standartlara uyğun olaraq yenilənir, nəşrin Scopus və WoS kimi nüfuzlu bazalara daxil edilməsi istiqamətində intensiv fəaliyyətlər davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: