Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

21.07.2025 11:45
  • A-
  • A
  • A+

Dosent Günel Məliklinin “Azərbaycan Ordusu” qəzetində “Güclü ordu güclü dövlətin təməlidir” adlı məqaləsi nəşr olunub

Dosent Günel Məliklinin “Azərbaycan Ordusu” qəzetində “Güclü ordu güclü dövlətin təməlidir” adlı məqaləsi nəşr olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetində “Güclü ordu güclü dövlətin təməlidir” məqaləsi nəşr olunub.

Məqalədə Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsinin tükənməz bir xəzinə olduğu vurğulanıb. Gənc alim sözü imzası qədər keçərli olan Ali Baş Komandan İlham Əliyevin “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”, - deyərək əsl sərkərdəlik məharətini dünyaya nümayiş etdirməsindən, hazırda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü ordusu sırasında yer almasından bəhs edib.

G.Məlikli məqalədə ordumuzun modernləşməsinin bariz nümunəsinin torpaqlarımızın işğaldan azad edilməsi olduğunu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsinin Böyük Qələbə ilə başa çatdığını qeyd edib.

“Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır”, - deyə Günel Məlikli məqalədə vurğulayıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: