Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.08.2025 12:28
  • A-
  • A
  • A+

Göygöldə “Ağıllı heyvandarlıq” sisteminin təqdimatı olub

Göygöldə “Ağıllı heyvandarlıq” sisteminin təqdimatı olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, institutun İnnovativ Tədqiqatlar Qrupunun rəhbəri Namiq Heydərov və qrupun proqramçı mühəndis Mustafa Kazımov Göygöl rayonunda yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbəri Mahir Hacıyevlə görüş keçiriblər.

Görüş zamanı institutlar arasında əməkdaşlıq müzakirə edilib. Həmçinin, RPİ-nin İnnovativ Tədqiqatlar Qrupunda hazırlanan heyvanlara nəzarət edən “Ağıllı heyvandarlıq” sisteminin təqdimatı həyata keçirilib.

Bununla yanaşı, heyvanlara müasir texnologiyalar vasitəsilə nəzarət olunması və idarə edilməsi istiqamətində məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: