Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Enerji, qida və ətraf mühit təhlükəsizliyi naminə elmi sıçrayışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
18.08.2025 16:35
  • A-
  • A
  • A+

“Enerji, qida və ətraf mühit təhlükəsizliyi naminə elmi sıçrayışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

15-17 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə “Enerji, qida və ətraf mühit təhlükəsizliyi naminə elmi sıçrayışlar” (Toward the Challenges in Energy, Food, Environment, and Climate Security (EFEC 2025)) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransın məqsədi

Beynəlxalq konfransın əsas məqsədi elmi tərəfdaşlıq üçün strateji planların işlənib hazırlanması, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin konfransın mövzuları üzrə əldə olunmuş nəticələrin paylaşılması üçün müvafiq beynəlxalq platformanın formalaşdırılmasıdır. Bu platforma yaşıl enerji istehsalını təmin etmək, ətraf mühiti sağlamlaşdırmaq, qlobal istiləşmənin səbəblərini aradan qaldırmaq, cəmiyyəti təhlükəli maddələrin təsirindən qorumaq, ərzaq təhlükəsizliyini təmin etmək, eləcə də iqtisadiyyatın və cəmiyyətin davamlılığını möhkəmləndirmək məqsədlərinə xidmət edəcəkdir.

Konfransın əsas mövzuları

1.      Bərpa olunan enerji sahəsində texnoloji tendensiyalar

2.      Yaşıl enerji və ətraf mühit problemləri

3.      Bioyanacaqlar və hidrogen iqtisadiyyatı

4.      CO₂ emissiyaları və ətraf mühitin mühafizəsi

5.      Bərpa olunan enerji texnologiyaları və onların sosial-iqtisadi inkişafa təsiri

6.      Bitkilərdə antioksidant müdafiə sistemləri və stresə davamlılıq mexanizmləri

7.      Qida və ərzaq təhlükəsizliyi problemləri və dayanıqlı kənd təsərrüfatı sistemləri

8.      Təbii ehtiyatların davamlı idarə olunması və ekosistemlərin bərpası

9.      Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi 

Konfransın dili:

İngilis dili

Konfransın vebsaytı:

https://efec2025.com/

Konfransa tezis təqdim edənlər saytda qeydiyyatdan keçməlidirlər:

https://efec2025.com/registration

Tezislərin göndəriləcəyi elektron poçt ünvanı:

contact@efec2025.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: